"Mənim ağ göyərçinim" tamaşasının premyerası baş tutacaq. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, rollarda əməkdar artistlər Rafiq Hüseynov və Rahib Əliyev, aktyorlar İlqarə Tosova, Günel Məmmədova, Mirzə Ağa Mirzəyev, Eşqin Quliyev, Sona Babayeva və başqaları iştirak edirlər.
Nəzərinizə çatdıraq ki, pyesin müəllifi yazıçı-dramaturq Tamara Vəliyevadır. 1990 -cı il 20 yanvar hadisələrinin qurbanlarına həsr olunmuş bu iki pərdəli məhəbbət dramının rejissoru teatrın baş rejissoru Cənnət Səlimovadır.
Qeyd edək ki, "Mənim ağ göyərçinim" tamaşası noyabrın 17-si saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq. Biletlərin qiyməti isə 6 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB