Xalq artisti Mənsum İbrahimov "Gəncləşən Muğam" layihəsinin davamını təqdim edəcək. Bu haqda SİA-ya xalq artistinin özü məlumat verib: "2014-cü ilin əvvəlində "Gəncləşən Muğam" layihəmin davamını həyata keçirəcəm. Onu da nəzərinizə çatdırım ki, artıq sözügedən layihəmin dördünü təqdim etmişəm. Növbəti dəfə isə Beynəlxalq Gənclər Günü ilə əlaqədar beşinci konserti keçirməyi planlaşdırırıq. Hər zaman olduğu kimi, bu konserti də əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov müşayiət edəcəklər".
Qeyd edək ki, xalq artisti Mənsum İbrahimov "Gəncləşən Muğam- 5" layihəsini 2014-cü ilin yanvar ayının sonunda Heydər Əliyev Sarayında baş tutacağını da söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB