“Tələ-evli hiyləgərin hoqqası”

“Tələ-evli hiyləgərin hoqqası”

"Tələ -evli hiyləgərin hoqqası" komediyası tamaşaçılara təqdim olunacaq. Opera və Balet Teatrından SİA-ya verilən məlumata görə, komediyada Rusiyanın xalq artistləri Sergey Nikonenko, Boris Nevzorov, denis Matrosov ("Karmelota", "Mənə həyat bəxş et" və s. serialların ulduzu), Mariya Boltneva ("Kar" serialında baş rol ifaçısı), Vladimir Fiklenko ("Univer", "Piter FM", "Kar"), aktrisa və prodüser Olqa Lifenseva iştirak edəcəklər.

Nəzərinizə çatıraq ki, sujet sürətlə inkişaf edir və gözlənilməz hadisələr bir-birini əvəz edir, məzəli dialoqlar və maraqlı dəyişikliklər yaşanır.

Qeyd edək ki, "Tələ-evli hiyləgərin hoqqası" komediyası 15 noyabr saat 19:00-da Opera və Balet Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 23-80 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə