Azərbaycan Beynəlxalq Kulinariya Çempionatında iştirak edib

Azərbaycan Beynəlxalq Kulinariya Çempionatında iştirak edib

Azərbaycan Milli Kulinariya Komandası Moldovanın Kişinyov şəhərində keçirilmiş Beynəlxalq Kulinariya Çempionatında iştirak ediblər. SİA-nın verdiyi xəbərə görə, çempionatda 10 ölkə (Azərbaycan, Moldova, Rusiya, Türkiyə, Bolqariya, Rumıniya, Avstriya, Kipr, Ukrayna, Özbəkistan) iştirak edib. Rusiyadan 4 komanda (Rostov, Kostroma, Komi, Moskva) qatılıb.

Azərbaycandan 1 nəfərlə münsiflər heyətində təmsil edilib.

Komandamız 13 sinif yarışlarda iştirak edib.

Qasımov Anar – 1 qızıl, 1 gümüş, 1 bürünc medal.

Kazımov Namiq – 1 qızıl, 2 gümüş medal

Əkbərzadə Bəhnam – 2 gümüş, 1 bürünc medal

Abdullayev Tərlan – 2 bürünc medal, 1 diplom (4-cü yer)

Beləliklə komandamız 13 sinifdə 12 nəticə (2 qızıl, 5 gümüş, 4 bürünc, 1 diplom) qazanıb.

Azərbaycan Kulinariya Mərkəzinin sədri Tahir Əmiraslanov komandasının qazandığı uğurlaradn danışıb: "Bizim komandanın bu nəticəsini müsbət hesab etmək olar. Azərbaycanın Moldovadakı səfirliyinin işçiləri də bizə daima qayğı göstəriblər. Ümid edirik ki, dövlətin bizə maliyyə dəstəyi daha da artacaq. Onu da deyim ki, hər zaman qızıl medallarla vətənə qayıdan Anar Qasımov və bunun kimi peşəkar aşbazların bu cür yarışlara artıq iştirakçı kimi yox, münsif qismində qatılmaqlarını düşünürəm".

Qeyd edək ki, Moldovada Tahir Əmiraslanovun Azərbaycan mətbəx mədəniyyət kitabı Moldov dilində tərcümə edilib, çapa hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə