“Yaşlı xanımın gəlişi”

Fridrix Dürrenmattın eyniadlı pyesi əsasında səhnələşdirilən "Yaşlı xanımın gəlişi" tamaşası göstəriləcək. Azərbaycan Dram Teatrından SİA-ya verilən məlumata görə, Tamaşada yeganə qadın obrazı olan yaşlı xanım Veşeri əməkdar artist Sənubər İsgəndərli canlandırır. Digər rollarda xalq artistləri Ramiz Məlik (Müşavir), Nurəddin Mehdixanlı (Burqomistr), Ramiz Novruz (İl), Hacı İsmayılov (Müəllim), Rafiq Əzimov (Müəllim), əməkdar Artistlər Firuz Xudaverdiyev (Lobi), Kazım Abdullayev (Keşiş), Tofiq Hüseynov (Keşiş), Pərviz Bağırov (Həkim), Telman Əliyev (Həkim), Kazım Həsənquliyev (Polis), Əli Nur (Polis), Əsgər Məmmədoğlu (Stansiya rəisi), aktyorlar Ramin Şıxəliyev (Kobi), Mətləb Abdullayev (Birinci kişi), Rövşən Kərimduxt (İkinci kişi), Elnar Qarayev (İkinci kişi), Anar Heybətov (Rəssam, Teleradio aparıcısı), Vüsal Mustafayev (Rəssam, Teleradio aparıcısı), Məzahir Cəlilov (Stansiya rəisi), Əlvida Cəfərov (7-ci ər) və Elçin Əhmədov (9-cu ər) çıxış edirlər. Səhnə əsərinin quruluşçu rejissoru Rövşən Almuradlı, quruluşçu rəssamı Zöhrab Bəykişiyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, rejissor assistenti Vüqar Məmmədovdur.

Nəzərinizə çatdıraq ki, hadisələr XX əsrin 50-ci illərində kiçik İsveçrə şəhəri Qülendə baş verir. Milyonçu xanım Tsaxanasyan doğma şəhərinə köməklik etmək istəyir. Lakin bunun üçün o, sakinlərdən birinin ölümünü tələb edir.

Qeyd edək ki, tamaşa noyabrın 15-i saat 19:00-da Akademik Milli Dram Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 6-10 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə