Mübariz Tağıyev ailəsində yaşanan xoş hadisədən danışdı
Xalq artisti Mübariz Tağıyevin ailəsində xoş an yaşanıb. Sənətçi baba olub. Xalq artisti baba olmaq təəssüratlarını SİA ilə bölüşüb: "Qızım Ayselin oğlu dünyaya gəlib. Çox sevincliyəm. Körpənin adı Amildir. Onu da deyim ki, uşağın adını valideyinləri qoyub. Amildən başqa daha 3 nəvəm var".
Qeyd edək ki, ürəyindən əməliyyat olunan xalq artisti Mübariz Tağıyev hazırda özünü yaxşı hiss etdiyini və səhhətinin qaydasında olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB