"Qorxma, mən səninləyəm - 2" filminin premyerası olacaq. SİA-nın verdiyi xəbərə görə, filmdə xalq artisti Polad Bülbüloğlu, Məbud İsmayılzadə, SSRİ xalq artisti Lev Durov, Muxtarbek Kantemirov, Rusiyanın tanınmış aktyorlarından olan Mixail Yefremov, aktyor Bəhram Bağırzadə, müğənni Eldar Qasımov və başqaları çəkilib.
Nəzərinizə çatdıraq ki, ssenaridə "Qorxma, mən səninləyəm" filminin birinci seriyasında təsvir olunanlardan 20 il sonra cərəyan edən hadisələr lentə alınıb. Çəkilişlər Pirallahı qəsəbəsində və Qaxda aparılıb.
Qeyd edək ki, "Qorxma mən səninləyəm – 2" filminin premyerası noyabrın 15-də Heydər Əliyev Sarayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB