İsrafil İsrafilov britaniyalı teatr rejissoru Timoti Sapplla görüşüb FOTO

İsrafil İsrafilov britaniyalı teatr rejissoru Timoti Sapplla görüşüb FOTO

Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov britaniyalı teatr rejissoru Timoti Sapplla görüşüb. SİA-nın verdiyi xəbərə görə, Timoti Sappl 1962-ci ildə anadan olub. O, Birləmiş Krallığın, Avropanın, Cənubi və Şimali Afrikanın, Mərkəzi və Uzaq Şərqin teatrlarında tamaşalar hazırlayıb.

Rejissor əsasən, Dövlət Kral Teatrı və Şekspir adına Kral truppasında çalışıb, həmçinin 1993-2000-ci illərdə Young Vik teatrının bədii direktoru vəzifəsində çalışıb. Hazırda Dash Arts-ın direktorudur. Young Vik teatrında "İki ağanın bir nökəri", "On ikinci gecə", "Ölümcül uzanaraq", "Qanlı toy", "Cunqliya kitabı", "Qrimm qardaşlarının nağılları" "Qrimm qardaşlarının nağıllarından artıq", "Gecəqondudan olan oğlanların trilogiyası", "Edip", Dövlət Teatrında "Harun və daha çox tarix", "Bilqamısın tarixi", "Yalançı Billi", "Anarxistin təsadüfi ölümü", "Romeo və Cülyetta", "Canilərin operası", "Gecəyarı uşaqları", "Meşəyə məhəbbət", "Ovidanın tarixi", "Səhvlər komediyası", "Bahar oyanışı" və digər tamaşalara quruluş verib.

O, bir sıra pyesləri, dastanları, müxtəli xalqların milli ədəbi abidələrini ingilis dilinə və ingilis teatrına adaptasiya edib. Bunlara misal olaraq "Anarxistin təsadüfi ölümü", "Yalançı Billi", "Bilqamısın tarixi", "Harun və daha çox tarix", "Ovidanın tarixi", "Gözəllər və qulyabanı", "Min bir gecə" tamaşalarını göstərmək olar.

Timoti Sappl ölkədən xaricdə "Qenzel və Qretel", "Sirli fleyta", "Babetta ziyafəti" tamaşalarına quruluş verib, "On ikinci gecə", "Rokabay" filmlərini çəkib.

2005-ci ildə xarici ölkələrin atyorları ilə əlaqələr qurmaq üçün Jozefina Byortonla birgə Dash Arts-ı yaradıb. O, Dash Arts-da "Biz Veynsteyndə nə edirdik", "Xoşuna gəlirmi?", "Yay gecəsində yuxu", "Hind arzusu" kimi performanslar hazırlayıb. Xüsusilə son iki işi böyük maraqla qarşılanıb və Hindistanda, Böyük Britaniyada, Avstraliyada, Şimali Amerikada, Stratford-on-Eyvonda, Londonda nümayiş olunub. 2011-ci ildə premyerası keçirilən şərq nağıllarının motivləri əsasında hazırnmış "Min bir gecə" tamaşası da rejissora dünya miqyasında böyük şöhrət gətirib.

Nəzərinizə çatdıraq ki, Timati Sappl "Time Out", "Evening Standart", "TMA", "Oliver", "BAFTA", "Herard angel" kimi nüfuzlu mükafatlara layiq görülüb.

Akademik Milli Dram Teatrının direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov Azərbaycan teatr sənətinin tarixi və mövcud durumu haqqında qonağa məlumat verib. Görüşdə həmçinin Akademik Milli Dram Teatrı ilə ingilis teatrlarının əməkdaşlıq əlaqələri müzakirə olunub, birgə layihələrin keçirilməsi planlaşdırılıb. Danışıqların nəticəsinə əsasən, növbəti mövsümlərdə Timoti Sapplın Azərbaycanda tamaşa qurması və Akademik Milli Dram Teatrının kollektivinin İngiltərəyə qastrol səfərinin təşkili kimi məsələlər nəzərdə tutulur.

Qeyd edək ki, Timati Sapll həmçinin teatrın truppası ilə də görüşüb və söhbətlər aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə