“Folklor paytaxtı”nda xalq tətbiqi sənəti sərgisi keçirilib

“Folklor paytaxtı”nda xalq tətbiqi sənəti sərgisi keçirilib

Zaqatala şəhər Mədəniyyət Evində Azad Gənclər İctimai Birliyi və Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə xalq tətbiqi sənəti nümunələrinin sərgi-yarmarkası keçirilib.
SİA-nın verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zümrüd Ağakişiyeva son illərdə rayonda əldə olunmuş uğurlardan danışıb. Bildirilib ki, bu gün Zaqatala, digər rayonlar kimi, özünün yeni inkişaf mərhələsini yaşayır. Son illərdə dövlət başçısının Zaqatalaya 6 dəfə səfər etdiyini xatırladan şöbə müdiri bunu rayona olan diqqətin bariz nümunəsi kimi səciyyələndirib.

Nəzərinizə çatdıraq ki, Mədəniyyət və Turizm Nazirliyinin "Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində 2013-cü ildə Zaqatalanın "Azərbaycanın Folklor Paytaxtı" seçildiyini vurğulayan Zümrüd Ağakişiyeva il ərzində keçirilən tədbirlərin bölgənin mədəni həyatına yeni bir canlanma gətirdiyini deyib.

Qeyd edək ki, Zaqatala rayonunda 20-dək etnik azlığın nümayəndələri yaşayır, dostluq və əməkdaşlıq şəraitində öz mədəniyyətlərini, folklorunu yaşadırlar. Sonda sərgiyə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə