Bir aktlı "Xanım və Xuliqan" baletinin premyerası olacaq. SİA-nın verdiyi xəbərə görə, baletin əsasında faciəvi sevgi hekayəsi durur. Əsl məhəbbət insanı dəyişir, bütün yaxşı hisslərini oyadır. Lakin dünya zülm və pisliklə doludur. Məhəbbəti müdafiə etmək üçün hərdən həyatı da qurban vermək lazım olur.
Nəzərinizə çatdıraq ki, həmçinin birpərdəli "Bolero" baleti göstəriləcək.
Qeyd edək ki, "Xanım və Xuliqan" və "Bolero" baletləri noyabrın 13-ü saat 19:00-da Opera və Balet Teatrının səhnəsində nümayiş olunacaq. Biletlərin qiyməti isə 11, 13, 16 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB