Mingəçevirdə "CAUCADOC" sənədli filmlər festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festivalın təşkilatçılarından biri "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyevdir.
Yeni festivalda Azərbaycan, ABŞ, Gürcüstan, Avstriya, İsveçrə, Hollandiya, Rumıniya, Almaniya, Türkiyə kinematoqrafçılarının filmləri nümayiş olunacaq. Filmlərin nümayişindən sonra ekspert və qonaqların iştirakı ilə müzakirələr aparılacaq.
Qeyd edək ki, noyabrın19-da 21-dək festivalın açılış mərasimi Mingəçevir Politexnik İnstitutunun akt zalında təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB