Azərbaycan Dövlət Gənclər Fondunun maliyyə dəstəyi ilə rejissorluğa maraq göstərən həvəskar gənclər üçün "Gənc Azərbaycan" qısa metrajlı film festivalı elan edilir. SİA-nın verdiyi məlumata görə, şərtə görə Festivalda iştirak etmək üçün öz işini təqdim edəcək hər bir gənc minumum 5 maksimum 10 dəqiqəlik zaman çərçivəsində 22 il müstəqqillik qazanmış "Gənc Azərbaycan"ın təsvirini qısametrajlı filmdə individual, özünəməxsus şəkildə əks etdirməli və ya Azərbaycan mövzusunda öz sərbəst ideyasına uyğun film çəkməlidi. Qeyd edək ki, filmlərdə səs effektləri və keyfiyyət olmaldır. Filmdə daha çox gözəl ideyalara üstünlük veriləcək.
Festivala qatılmaq istəyən hər bir həvəskar gənc noyabr ayının sonunadək suallarını [email protected] ünvanına göndərə və ya (051) 430-67-73 nömrəli telefona zəng vura bilər. Gənclər həmçinin, fərdi və ya komanda adından fimlərini göndərə bilər. Çəkiləcək filmlər isə gecikdirilməmək şərti ilə dekabr ayının 15-inə kimi təfil verilməlidi.
Festivalda təqdim ediləcək filmlər ekspertlər tərəfindən qiymətləndiriləcək və ən orijinal filmlər Festivalda təqdim ediləcək. İçtirakçılara hədiyyə və diplom, sertifikatlar veriləcək. Festivalın keçirilməsi yanvar ayının əvvəlləri üçün nəzərdə tutulub.
Qeyd edək ki, Festivalın keçiriləməsi üçün partnyor təşkilat kimi Gənclərin Töhfəsi İctimai Birliyi təşkilatçılıq göstərəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB