“13 noyabr Beynəlxalq Korlar Günü” münasibətilə tədbir keçirilib
Bu gün "13 noyabr Beynəlxalq Korlar Günü" münasibəti ilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Məhdudiyyətsiz Həyat" layihəsinin iş fəaliyyəti və bu fəaliyyətlə gözdən əlil ifaçılardan ibarət yaradılmış "DUYĞU" ansamblının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyinin prezidenti Səmyar Abdullayev açaraq bu günün mahiyyətini diqqətə çatdırıb: "Bildiyiniz kimi, 13 noyabr 1745-ci ildə anadan olmuş görkəmli fransız pedaqoqu Valentin Hayui-nin şərəfinə bir çox Avropa ölkələri 13 noyabr tarixini "Beynəlxalq Korlar Günü" kimi qeyd etməklə mövcud ictimayyətin, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin diqqətini görmə qüsurlu insanların problemlərinə və onların inteqrasiya məsələlərinə cəlb ediblər. Birləşmiş Millətlər Təşkilatı və Dünya Səhiyyə təşkilatının tövsiyəsi ilə 13 noyabr Ümumdünya gözdən əlillər günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə əsasən dünya əhalisinin 160 milyonu gözdən əlildir. Cəmiyyətimiz tərəfindən aparılan danışıqlar prosesində birinci dərəcəli gözdən əlillərin əlillik pensiyalarında nisbi artım müşahidə edilir. Cəmiyyətimizin daha bir nailiyyəti uzun illər boyu mənzilsiz, yataqxana şəraitində və demək olar ki, yaşamaq üçün tikintisi başa çatdırılmaq üzrə olan mənzillərdə 132 gözdən əlil ailə məskunlaşacaq".
Daha sonra isə Az GƏC-in vitse prezidenti "Məhdudiyyətsiz Həyat" layihəsinin rəhbəri Reyhan Cəfərova çıxış edib: "Bu layihə gözdən əlil vətəndaşlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, layihə hər bir gözdən əlil vətəndaşın özünü göstərmək, bacarıqlarını nümayiş etdirmək üçün fürsət və vasitəçi xarakteri daşıyır. Layihə çərçivəsində əvvəllər mövcud olan, lakin sonralar fəaliyyəti maddi çətinlikdən dayandırılmış "DUYĞU" ansamblının fəaliyyəti bərpa edilib. Bu ansablın bütün üzvləri gözdən əlil vətəndaşlardır. Ansamblın çıxışı bir sıra ölkə festivallarında təmin olunub".
Qeyd edək ki, tədbirin sonunda müəllif və rejissor Gültəkin Nərimanın "Zülmətlə Mübarizə" filmi nümayiş etdirilib. Filmdə gözdən əlil vətəndaşların adaptasiya, inteqrasiya problemləri və bu problemlərin həlli istiqamətində atılan addımlar nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB