“Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının açılış mərasimi olub FOTOLAR

“Cırtdan” II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının açılış mərasimi olub FOTOLAR

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə "Cırtdan" II Bakı Beynəlxalq Kukla Teatrları Festivalının açılışı olub. SİA-nın verdiyi xəbərə görə, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq keçirilən
festivalın açılış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev iştirakçıları Bayraq günü münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan teatrının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan, son illər əsaslı təmir edilən teatrlarda aktyorlar üçün yaradılmış yüksək iş şəraitdən söz açıb. Bildirilib ki, festival çərçivəsində şəhərimizin sakinləri və qonaqları Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnələrində bir-birindən maraqlı səhnə əsərlərini izləyə biləcəklər. Festivala Azərbaycandan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan "Yuki" Teatrı, İtaliyadan Teatro Verde Burattini və "Kapra Ballerina", Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan "Zorin dom" Karlovaç Şəhər Teatrı, İsveçrədən "Le Ginyöl A Roulettes" Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan "Ekiyat" Tatar Dövlət Teatrı qatılıblar.
UNİMA-nın baş katibi Jak Trüdo təmsil etdiyi təşkilat haqqında ətraflı məlumat verib. Hazırda UNİMA-ya üzv qəbul olunmuş ölkələrin sayı 87-ə çatıb. Qonaq Azərbaycanda mədəniyyətə və incəsənətə göstərilən diqqət və qayğının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib. Açılışda uşaqların ifasında mahnılar səslənmiş, müxtəlif kukla tamaşalarından parçalar göstərilib.

Nəzərinizə çatdıraq ki, festivalın ilk günündə Dövlət Kukla Teatrını hazırladığı K.Kollodinin "Pinokkionun sərgüzəştləri" tamaşası nümayiş olunub.

Qeyd edə ki, festival noyabrın 16-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə