“Buba-eşqlə ölüm arasında” filmi

“Buba-eşqlə ölüm arasında” filmi

"Buba-eşqlə ölüm arasında" filminə mətbuat üçün baxışa dəvət edilir. Sia-nın verdiyi xəbərə görə, filmin nümayişi oktyabr ayının 24-dən başlanıb və artıq planlaşdırılmış seanslar başa çatmaq üzrədir. Onun qəhrəmanı Buba adlı gənc kənddə dünyaya göz açmış, yetimliklə böyüyüb. Onun adı XX əsrin əvvəllərindən bəri dillər əzbəridir. O, sevgilisinə qovuşmaq üçün başlıq pulunu qazanmağa Bakı mədənlərinə üz tutdu. Ancaq şəhərdə əski xırdavatçılıqla məşgul oln oğru dəstəsinin toruna duşərək ağır sınaqlarla üz-üzə qaldı. Az sonra o dəstə başçısını öldürdüyünə görə həbsxanaya düşdü. Düzdür, o həbsxanadan çıxmağa nail oldu, ancaq azadlığın ləzzətini dadmamış sevdiyi qızın uşaqlıq dostuna nişanlandığını eşidir və kəndə gedərək onun yollunu kəsir. Əlbəyaxa döyüş dostunu öldürür, ancaq özünə gələndə onun atasının yanına "qan üzrxahlığına" gedir - boynunda kəfən xəngərinin tutacağını ona uzadır. Qəlbi yaralı ata onu baxışlayır, ancaq qanun onu sürgünə yollayır. Buba isə vaqonda atılaraq qaçır. Çar imperiyasının qanunuları onu bütün ciddiliyi ilə izləməyə balayır. O isə əlində dağlı qanunlarının tələblərini rəhbər tutaraq mübarizəyə başlayır. Bu mübarizə onun şəxsiyyətini xalqa tanıdır. Film tarixi dram janrında çəkilib, real hadisələrə əsaslanıb, XIX əsrin sonunu və XX əsrin əvvəllərini əhatə edir. Çəkilişlər Bakıda, Siyəzən, Quba və Qusar rayonlarında və Dərbənd şəhərində aparılıb. Rollarda Azərbaycanın xalq artistləri Tariyel Qasımov, Haci İsmailov, Yasin Qarayev, əməkdar artistlər Qurban İsmayılov, Suğra Bağırzadə və başqaları çəkiliblər. Baş rolun ifaçısı Emin Sevdimaəliyev, quruluşçu rejissoru Vasif Məmmədzadədir. Film "Sproduction" studiyasında çəkilib.

Qeyd edək ki, sözügedən film 12 noyabr saat 13:55-də Nizami Kino Mərkəzində mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə