Nicat Kazımov: "Kölgə əsərinin məşqlərinə başlamışıq" FOTOLAR

Nicat Kazımov: "Kölgə əsərinin məşqlərinə başlamışıq" FOTOLAR

Yevgeni Şvartsın "Kölgə" əsəri əsasında eyni adlı tamaşanın məşqlərinə başlanılıb. Əməkdar artist Nicat Kazımov SİA-ya açıqlamasında sözügedən tamaşaya ciddi hazırlaşdığını bildirib: "Tamaşada xalq artistləri Laləzər Mustafayeva, Rafiq Əzimov, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Şəlalə Şahvələdqızı, Ayşad Məmmədov, Məsmə Aslanqızı, Kazım Abdullayev, aktyorlar Anar Heybətov, Rəşad Bəxtiyarov, Ramin Şixəliyev və başqaları iştirak edəcəklər. Tamaşanın rəssamı isə Elşən Sərxanoğludur. Kollektiv olaraq sözügedən tamaşaya çox ciddi hazırlaşırıq ki, tamaşaçıların qarşısına keyfiyyətli məhsul təqdim edə bilək".

Qeyd edək ki, "Kölgə" tamaşası fevral ayında Azərbaycan Dövlət Akademik Milli Dram teatrında nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə