ABBA qrupu yenidən qurulur?

Gələn il əfsanəvi musiqi qrupu ABBA Avroviziya mahnı müsabiqəsində qalib gəlmələrinin 40-cı ildönümünü qeyd etmək üçün yenidən qurula bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu haqda qrupun üzvlərindən olan Aqneta Feltskoq Almaniya mətbuatına müsahibəsində bildirib: "Yenidən birləşmək barədə düşünürük. İldönümünü qeyd etmək üçün bəzi planlarımız da var. Amma indi nə olacağı haqqında heç nə söyləyə bilmərəm" deyə əlavə edib.

Nəzərinizə çatdıraq ki, ABBA qrupu 1972-ci ildə qurulub.

Qeyd edək ki, 2014-cü ildə ABBA qrupunun "Waterloo" mahnısı ilə Avroviziya mahnı müsabiqəsinin qalibi olmasının 40-cı ildönümüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə