Bu günün tarixi

Miladi: 12 noyabr 2013

Hicri: 08 Məhərrəm 1435

İlin 316-cü günü
İlin sonuna 49 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:10
Günəş – 07:23
Zöhr – 12:29
Əsr – 15:29
Məğrib – 17:42
İşa – 19:00

1905 — Norveçdə referendum zamanı xalq monarxiyaya səs verib.

1918 — Avstriya Respublikası elan edilib, Habsburqlar sülaləsinin hakimiyyətinə son qoyulub.

1921 — Bakıda ali Qadın Pedaqoji Texnikumu açılıb.

1923 — Adolf Hitler adlı alman ekstremist həbs edilib.

1927 — Lev Trotski SSRİ rəhbərliyindən kənarlaşdırılıb, Stalin ölkədə faktiki olaraq yeganə liderə çevrilib.

1933 — Faşist partiyası Almaniyadakı parlament seçkilərində yerlərin 96%-ni əldə edib.

1940 — SSRİ xarici işlər naziri Molotov Hitler və Ribbentropla görüşmək üçün Berlinə gedib.

1950 — Aktyor Pərviz Bağırov anadan olub

1956 — Camal Əbdül Nasir Misir prezidenti seçilib.

1969 — Moskvaya səfər edən Cövdət Sunay, SSRİ-ni ziyarət edən ilk Türkiyə Prezidenti kimi tarixə düşüb.

1979 — ABŞ səfirliyi əməkdaşlarının Tehranda girov götürülməsindən sonra prezident Cimmi Karter İran neftinə embarqo qoyub.

1982 — Yuri Andropov SSRİ rəhbəri seçilib.

1995 – Azərbaycan xalqı referendumla öz konstitutsiyanı qəbul edib.

1996 — Səudiyyə Ərəbistanına məxsus "Boeing" Qazaxıstanın "İl 76" yük təyyarəsi ilə Hindistan səmasında toqquşub. Qəza nəticəsində 359 nəfər həlak olub.

1997 — ABƏŞ-in qazdığı ilk neft quyusu fontan vurub.

1998 — PKK lideri Abdullah Öcalan Roma hava limanında həbs edilib.

1995 — Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi haqqında ümumxalq səsverməsi (referendum) keçirilib.

2001 — Nyu-Yorkdan qalxan təyyarə bir neçə dəqiqə sonra qəzaya uğrayıb, 260 nəfər həlak olub.

2003 — Türkiyə ölüm hökmünü qadağan edən sazişi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə