"Asılmış vəziyyətdə”

9-16 noyabr tarixlərində Bakıda "Cırtdan" II Beynəlxalq kukla teatrları festivalı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Dorset Kukla Teatr şirkətinin (Böyük Britaniya) "Asılmış vəziyyətdə" tamaşası göstəriləcək.

Nəzərinizə çatdıraq ki, festival Mədəniyyət və Turizm Naziriliyinin təşkilatçılığı və UNIMA Beynəlxalq kukla teatrları assosiasiyasının dəstəyi ilə keçirilir.

Qeyd edək ki, "Asılmış vəziyyətdə" tamaşası noyabrın 10-u saat 14:00 və 18:00-da Gənc Tamaşaçılar Teatrında nümayiş olunacaq. Biletin qiyməti isə 4 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə