V.V.Mayakovskinin 120 illik yubileyinə həsr olunmuş gecə keçirildi
2013-cü il şair, dramaturq və rəssam Vladimir Vladimiroviç Mayakovski ili elan olunub. SİA-nın məlumatına görə, bununla bağlı Bakıda "Avrasiya Tədqiqatlar İnstitunun" İnkişaf fondunun Azərbaycan filialının dəstəyi ilə Bakı Slavyan Universitetinin Moskva auditoriyasında və Bakı Dövlət Universitetinin Rus mərkəzində V.V.Mayakovskinin 120 illik yubileyinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. Yüksək səviyyədə estafet Bakı Slavyan Universitetinin "Məktəb-Lisey" təhsil kompleksinə ötürülüb.
Tədbir 7 noyabr 2013-ci ildə təşkil olunub. Tədbirdə görkəmli şairin canlı səsi, şeirləri, poemadan sətirlər səsləndirilib və pyeslərindən bəzi parçalar səhnələşdirilib. Bütün bunlar I, VI, VII, IX, X sinif şagirdlərinin ifasında təqdim olunub. Gecənin əsas kompozisiyası V.V.Mayakovskinin həyatı və yaradıcılığıyla bağlı təqdimat mərasimi olub.
Mayakovskinin fəaliyyətini əks etdirən, öz şəkillərindən ibarət xususi dekorasiya əsas maraqı cəlb edib.
Ədəbi kompozisiya "Kim olmaq?" bədii gecənin əsasını təşkil edib, bu da təsadufi deyildi. Sözsüz ki, belə tipli gecələr uşaqlarda yaradıcılıq gücünü mobilizə edir, onların potensialını üzə çıxardır və vətənpərvərlik hisslərini inkişaf etdirir.
Qonaqları "Məktəb-lisey" təhsil kompleksinin direktoru, professor Telman Cəfərov salamlayıb. Tədbirdə BSU-nun və "Məktəb-Lisey" Təhsil kompleksinin muəllimləri - dosent İ.M.Carçiyeva və dosent F.R.Muradova məruzələrlə çıxış ediblər. Gecənin təşkilatçısı BSU-nun "Məktəb-Lisey" Təhsil kompleksinin rus dili və ədəbiyyat muəllimi N.K.Kərimli olub.
Tədbirdə "Avrasiya Tədqiqatlar İnstitunun" İnkişaf fondunun Azərbaycan filialının nümayəndələri, direktor müavini Vaqif Cavanşirov və proqram kordinatoru Nəzrin Şakirzadə iştirak ediblər. Onlar tərəfindən gecənin iştirakçılarına və təşkilatçılarına Fondun sertifikatları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB