Azərbaycanlı uşaqlar Beynəlxalq Uşaq İncəsənət Sərgisində iştirak ediblər FOTOLAR
Bakıda, Çexiyanın Lidise şəhərində keçirilmiş ənənəvi 41-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisinin qaliblərinə Çexiya Respublikasının ölkəmizdəki Səfiri tərəfindən mükafatlar təqdim edilib. SİA-nın verdiyi xəbərə görə, ikinci Dünya müharibəsi zamanı qətlə yetirilən Lidise kəndinin uşaqlarının xatirəsini yad etmək məqsədilə hər il keçirilən "Lidise" sərgisi 1973-cü ildən beynəlxalq xarakter almış və hazırda dünyanın ən böyük uşaq sərgisinə çevrilib. Lidise Memorialı tərəfindən təşkil olunan sərgi 2001-ci ildən Çexiya Mədəniyyət, Xarici İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, YUNESKO üzrə Çexiya komissiyasının himayəsi altında keçirilir.
Qeyd edək ki, "Xalqımın ənənələri və irsi" mövzusunda keçirilmiş bu ilki sərgiyə 68 ölkədən 24593 əsər göndərilib. Azərbaycandan 45 iştirakçı tərəfindən təqdim edilmiş 387 əsərdən 5 müəllifin əl işi mükafata layiq görülüb. Onlardan Abşeron rayon Saray qəsəbə Uşaq İncəsənət Məktəbinin şagirdi Rəna Abdullayeva (10 yaş) sərginin ən yüksək mükafatı – "Lidise qızılgülü" medalı ilə təltif edilib.
Rəhman Əliyev (13 yaş, Quba şəhər Uşaq İncəsənət Məktəbi), Nigar Müslümova (13 yaş, Rusiya Mədəniyyət Mərkəzi), Elvina Nəbiyeva (15 yaş, Bakı şəhər Uşaq və Yeniyetmələr Yaradıcılıq Mərkəzi), Adil Baxşəliyev isə (11 yaş, Bakı şəhər 46 nömrəli Məktəbdənkənar Tərbiyə işi Mərkəzi) Fəxri Fərmanlara layiq görülüblər.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB