Bu gün Yazıçılar Birliyində Zöhrə Əsgərovanın Azərbaycanın xalq artsiti Kərim Kərimova həsr olunan "Talelərə yazılan musiqi" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə xalq şairi Fikrət Qoca, Fikrət Əlizadə, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə xalq şairi Fikrət Qoca açaraq sözügedən kitabın əhəmiyyətindən danışıb: "Təbii ki, Kərim Kərimov böyük sənətkardır. Onun həyat və fəaliyyətini vərəqlədikcə bitirmək mümkün deyil. Kərim Kərimovun xidmətlərinə baxmayaraq çox sadə və zəngin xarakterə malik insandır. Çox təəssüflər olsun ki, bizlər böyük sənətkarların qədrini zamanında anlaya bilmirik. Zöhrə xanıma öz adımdan dərin təşəkkürümü bildirirəm ki, bu cür ehtiyac duyulan kitabları oxuculara təqdim edir".
Zöhrə Əsgərova kitabın sonunda qeyd edir: "...Xatirələr ikinci ömürdür. Sənətkarın gələcək nəsillərin yaddaşında yaşamaq haqqını qazanan şərəfli ömrü..."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB