“Azər­baycan teatrı- 140” mövzusunda kon­frans keçiriləcək

“Azər­baycan teatrı- 140” mövzusunda kon­frans keçiriləcək

Noyabrın 27-də "Azər­baycan teatrı- 140" mövzusunda elmi-praktiki kon­frans keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə qərar Azərbay­can Milli Elm­lər Akademiyası Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilib. İclasda bildirilib ki, konfrans ölkə başçısının "Azər­baycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" 1 mart 2013-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə təşkil olunacaq.

Rəyasət He­yətinin qərarına görə, konfransın təşkili işinə Mədəniyyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, həmçinin Azərbaycan Dövlət Teatr Muzeyinin də cəlb olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə