Azərbaycanın Əməkdar incəsənət xadimi, nasir Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 1914-cü ilin aprelin 11-də Bakının Mərdəkan kəndində anadan olub. SİA-nın verdiyi xəbərə görə, 1932-ci ildə daxil olduğu indiki Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini 1936-cı ildə bitirib. İndiki Bakı Dövlət Universitetində baş müəllim işləyib, "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru olub.
Nəzərinizə çatdıraq ki, xidmətlərinə görə "Qırmızı əmək bayrağı", "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medallarla təltif olunub. Qafqaz xalqları Ali Dini Şurasının "Paklıq" mükafatına layiq görülüb.
"Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri" və s. kitablarını müəllifidir.
Qeyd edək ki, Qılman İlkin 2009-cu il noyabrın 6-da 95 yaşında dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB