Mirzə Babayevin yubileyi keçiriləcək

Mirzə Babayevin yubileyi keçiriləcək

Xalq artisti Mirzə Babayevin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun SİA-ya verdiyi məlumata görə, yubiley noyabr ayının 26-sı saat 19:00-da Heydər Əliyev sarayında təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan estrada musiqisinin banilərindən biri olan Mirzə Babayev 1913-cü il iyulun 16-da Bakıda dünyaya gəlib. İlk təhsilini M. Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsini alıb. Müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində etdiyi caz orkestrində başlayıb. Azərbaycan Dövlət Konservatoriyasında müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dən artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb, əməkdar artist, xalq artisti, iki dəfə "Humay" mükafatı laureatı olub. 2003-ci il yanvarın 13-də 90 yaşında vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə