Bu gün Zərnigar Ağakişiyevanın doğum günüdür FOTOLAR

Bu gün Zərnigar Ağakişiyevanın doğum günüdür FOTOLAR

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində doğulub. SİA-nın verdiyi xəbərə görə, o, 1972-ci ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Milli Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb. Rəngarəng obrazlar ilə teatr salnaməsində özünəməxsus yer tutur.

Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm"in istehsal etdiyi bir çox filmlərdə çəkilib. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara çəkilib.

Qeyd edək ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə