"AtaTravel" MMC-nin dəstəyi ilə "27 ildən sonra" əsərinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, təqdimat mərasimində sözügedən əsərin müəllifi Cəlaləddin Qasımov, yazıçı-publisist Ehtiram İlham, Mahmud Kaşkari adına Beynəlxalq Fondun prezidenti Elxan Zal Qaraxanlı, Əkbər Qoşalı, aşıq Namiq Fərhadoğlu, rejissor Samir Qulamov, media nümayəndələri və başqaları iştirak ediblər.
Yazıçı Cəlaləddin Qasımov müsahibəsində bildirib ki, 20-ci əsrin ən dəhşətli faciəsi olan Xocalı hadisələrini yerləşdirdiyini dilə gətirib: "Son illər aparılan məqsədyönlü və geniş fəaliyyət nəticəsində artıq bütün dünyada bu dəhşətli soyqırım barədə obyektiv fikir və dürüst mövqe formalaşmağa başlayıb. Bu mövqe Azərbaycan dövlətinin, cənab prezident İlham Əliyevin cahanşümul fəaliyyəti ilə daha da böyüyərək xalqımızın haqq işinin bərqərar olmasına xidmət edir. Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun, xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü böyük işlər isə ildən-ilə genişlənməkdədir".
Daha sonra isə aşıq Namiq Fərhadoğlu kitab haqqında fikirlərini söyləyib: "Azərbaycanda Cəlaləddin kimi yazıçılarımızın çox olmasını arzulayıram. Biz azərbaycanlı olaraq öz əsərlərimizdə, musiqilərimizdə çalışmalıyıq ki, xocalı faciəsini dünyaya olduğu kimi çatdıraq".
Nəzərinizə çatdıraq ki, "27 ildən sonra" kitabında müəllifin iki əsəri "Silinməyən ləkə" və "24 ilin ölüsü" adlı romanları yer alıb. Hər iki əsərdə məmləkətimizin başına açılan dəhşətli hadisələrdən bəhs olunur.
Qeyd edək ki, sonda Elxan Qaraxanlı yazıçı Cəlaləddin Qasımova xüsusi geyim hədiyyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB