Milli Azərbaycan Tarixi Muzeyi ilk virtual muzeyin tərəfdaşı olacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun üçüncü qrant müsabiqəsinin qalibi olmuş Virtual Qarabağ Tarixi muzeyinin yaradılmasında AMEA Milli Azərbaycan Tarixi Muzeyi də iştirak edəcəkdir. Layihənin rəhbəri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Səbuhi Hüseynovun SİA-ya verdiyi məlumata görə, Qarabağın milli geyimləri, xalçaları, arxeoloji eksponatları və bir çox maddi mədəniyyət abidələrimizin ən dəyərliləri bu muzeydə mühafizə olunur. Bu baxımdan Milli Azərbaycan Tarixi Muzeyi ölkəmizdə yaradılan ilk virtual muzeyin işində yaxından iştirak edəcək və onun tərəfdaşı olacaqdır.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB