Nazirlər Kabineti Azərbaycan Dövlət Muğam Teatrının fəaliyyətini ləğv edib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu barədə qərar imzalayıb.
Nəzərinizə çatdıraq ki, ləğv edilmiş Azərbaycan Dövlət Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə R.Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək.
Qeyd edək ki, Baş nazir Artur Rasi-zadənin imzaladığı qərarda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Azərbaycan Dövlət Muğam Teatrı 2014-cü il 1 yanvar tarixindən ləğv edilməsinə göstəriş verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB