“Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar”

“Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar”

Elçin Əfəndiyevin pyesi əsasında səhnələşdirilən "Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar" tamaşasının premyerası olacaq. Rus Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşada xalq artistləri Səfa Mirzəhəsənov, Aleksandra Nikuşina, Yuriy Balıyev, əməkdar artistlər Ayan Mirqasımova, Natalya Balıyeva, Fuad Osmanov, aktyorlar Teymur Rəhimov, İlkin Mehdiyev, Yaqub Zeynalov, Milana Mərdəxanova, Yeganə Hüseynli, Maya Vorobjanskaya, Olqa Arsentyeva, Mariya Duboviskaya, Bella Klimaşyova, İnna İmranova, Fəridə Nesterenko, Natavan Hacıyeva, Elşad Murtuzov və başqaları iştirak edirlər.

Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçusu əməkdar incəsənət xadimi İranə Tağızadəyə məxsusdur.

Qeyd edək ki, "Teleskop və ya yuxuda və həqiqətdə uçuşlar" tamaşası noyabrın 8-i saat 19:00-da Azərbaycan Dövlət Rus Dram Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 11 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə