4 noyabr - Qriqorian təqvimi ilə ilin 308-ci günü (uzun illərdə 309-cu). İlin sonuna 57 gün qalır.
Sübh namazı- 06:01
Gün çıxır- 07:12
Zöhr namazı- 12:28
Əsr namazı- 15:38
Şam namazı- 17:51
İşa namazı- 19: 08
Əhəmiyyətli hadisələr
644 – İkinci islam xəlifəsi Ömər qətlə yetirilib.
1890 – Londonda dünyanın ilk elektrik yeraltı yolu – metro açılıb.
1920 – Azərbaycanda qadın şöbələrinin yaradılmasına başlanılıb.
1922 – İngilis misirşünaslar firon Tutanxamonun sərdabəsini aşkar ediblər.
1946 – YUNESCO-nun Nizamnaməsi qüvvəyə minib.
1947 – Bolqarıstan Xalq Respublikası elan edilib.
1952 – Duayt Eyzenhauer ABŞ-ın prezidenti seçilib.
1954 –Azərbaycan aktyoru Fərman Şəkili anadan olub.
1956 – Sovet qoşunları Macarıstana daxil olublar.
1967 – Ostankino teleqülləsi istifadəyə verilib.
1979 – Tələbələr Tehrandakı Amerika səfirliyinin əməkdaşlarını girov götürüblər.
1980 – Ronald Reyqan ABŞ-ın prezidenti seçilib.
2004 – Corc Buş ikinci müddətə ABŞ-ın prezidenti seçilib.
2008 – Barak Obama ABŞ-ın prezidenti seçilib.
2008 – Azərbaycan Respublikası prezidenti kosmik sənayenin yaradılması və milli telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında fərman imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB