Mehriban xanım Əliyeva “Əbədi sevgi” qala-konsertində iştirak edib

Mehriban xanım Əliyeva “Əbədi sevgi” qala-konsertində iştirak edib

Noyabrın 2-də Heydər Əliyev Mərkəzində "Əbədi sevgi" qala-konserti keçirilib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızları Leyla və Arzu konsertdə olublar.

Rusiya Federasiyasının Xalq Artisti, rejissor Dmitri Bertmanın quruluşunda Bakıda ilk dəfə təqdim olunan bu konsertdə ötən illərin ən məşhur və dünyada sevilən mahnıları səslənib.

Heydər Əliyev Mərkəzində "Kuin" qrupunun "I was born to love you", Endi Uilyamsın "Moon river", Selin Dionun "My heart will go on", Elvis Preslinin "Love me tender", Uitni Hyustonun "I will always love you", Demis Russosun "Souveniers", "Bitlz" qrupunun "All you need is love" kimi ürəkləri fəth etmiş daha neçə sevgi dolu mahnıları gözəl ifa, möhtəşəm səhnə şousu ilə tamaşaçıların zövqünü oxşayıb.

"Əbədi sevgi" qala-konsertinin premyerası oktyabrın 31-də Moskvada keçirilib. Konsert premyeradan sonra ilk dəfə Bakıda Heydər Əliyev Mərkəzində təqdim edilib. "Əbədi sevgi" layihəsi gözəl mahnıları fərqli təqdimatda səsləndirərək onlara yeni həyat verir.

Bütün xəbərlər Facebook səhifəmizdə