"Əsli və Kərəm" operası tamaşaçılara təqdim ediləcək. Dövlət Opera və Balet Teatrından SİA-ya verilən məlumata görə, "Əsli və Kərəm" Azərbaycanın anonim romantik dastanıdır. Dastanın motivləri əsasında Üzeyr Hacıbəyov "Əsli və Kərəm" operasını yazıb.
Nəzərinizə çatdıraq ki, operaya ilk quruluş 1912-ci ildə verilib.
Qeyd edək ki, "Əsli və Kərəm" operası noyabrın 2-si saat 19:00-da Dövlət Opera və Balet Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti isə 11, 13, 16 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB