Bu gün Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində Bakı Biznes Mərkəzində sərgi baş tutub. Sərgi haqda SİA-ya mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev məlumat verərək bu günün vacibliyini diqqətə çatdırıb: "Bu günkü müsabiqəyə 28 ölkə arasında 250-dən çox layihə təqdim olunub. Bilirik ki, bu müsabiqə Azərbaycanın memarlıq sahəsində yenilənməsində mühüm önəm kəsb edir. Digər əhəmiyyətli cəhəti odur ki, müsabiqə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Burada Avropanın ən məhşur memarları iştirak edir. Münsiflərin əksəriyyəti beynəlmilli olduğu üçün əminik ki, müsabiqədə ədaləli qərar qəbul olunacaq. Bunu həm də beynəlxalq memarların təcrübə mübadiləsi kimi də qəbul etmək olar. Burada fərdi evlərlə yanaşı, şəhərin görüntülərindən ibarət nümunələr də yer alıb. Bu Azərbaycanın memarlıq sənətinə çox böyük təkan verəcəyini və gələcəkdə də bu sahədə uğurlu işlər aparılacağını düşünürəm. Həmçinin buradakı işlərin böyük əksəriyyəti gənclərlə də bağlıdır. Onu da xüsusilə nəzərinə çatdırım ki, bunların əksəriyyəti azərbaycanlı memarların işləridir. Bu gün gənc memarlara böyük meydan verilib. Müsabiqədəki işlərin 60% -ini Azərbaycanın gənc memarları təşkil edir. Bu da təbii ki, sevindirici haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB