I Bakı Beynəlxalq Memarlıq müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib
Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində KİV-i üçün mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda müsabiqənin Beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki, münsiflər heyətinin üzvləri Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və Hayder Ali, eləcə də MDB-yə üzv dövlətlərin Memarlar İttifaqının Beynəlxalq Assosiasiyasının prezidenti və Qazaxıstan Memarlar İttifaqının prezidenti Akmurza Rustambekov, media nümayəndələri və başqaları iştirak ediblər.
Konfransı giriş sözü ilə Memarlar İttifaqının sədri Elbay Qasımzadə açaraq müsabiqənin Ümummilli Lider Heydər Əliyevə həsr olunduğunu xüsusilə vurğulayıb: " Müsabiqə Azərbaycanda ilk dəfədir keçirilir. Əvvəlki rəhbərliyin belə bir müsabiqə keçirmək fikri olmayıb. Biz bir ildir Memarlar İttifaqına rəhbərlik edirik və komanda olaraq qərara gəldik ki, müsabiqəni bu il Bakıda keçirək. Çünki Bakının memarlıq abidələri kifayət qədər formalaşıb".
Daha sonra Müsabiqənin münsiflər heyətinin üzvlərindən olan Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki bildirib ki, Bakıda növbəti dəfə olmaqdan böyük fərəh hssi duyur: "Bakı məni ikinci dəfə valeh etdi. Biz keçən il Əbülfəs Qarayevlə Bakıda görüşdük və İçərişəhərlə məni daha yaxından tanış etdi. Bu müsabiqəni yüksək qiymətləndirirəm. Müsabiqəni sizin ölkəniz üçün vacib və mühüm əhəmiyyət kəsb etdiyini düşünürəm. Görülən işləri təqdirəlayiq hesab edirəm. İstərdim Azərbaycanda memarların qayğısına qalsınlar və maraqları təmin olunsun".
Qeyd edək ki, Birinci Bakı Memarlıq Müsabiqəsi 31 oktyabr, 5 noyabr tarixlərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB