Bu günün tarixi

Miladi: 31 oktyabr 2013

Hicri: 25 Zülhəccə 1434

İlin 304-cü günü
İlin sonuna 61 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 05:58
Günəş – 07:09
Zöhr – 12:28
Əsr – 15:41
Məğrib – 17:54
İşa – 19:12

1517 - Martin Lüter Vittenberq (Wittenberg) kilsəsində "Doxsan beş tezis"ini kilsə qapısına asaraq protestanlığı elan edib.

1876 - Hindistanda qasırğa 200 000 insanın həyatına son qoyub.

1892 - Rusiyalı şahmatçı, 1937-1946-cı illər arası şahmat üzrə dünya çempionu Aleksandr Alyoxin anadan olub.

1892 - Artur Konan Doyl "Şerlok Holmsın macəraları" əsərini çap etdirib.

1917 - Bakıda Müsavatın 26 oktyabrda başlanan qurultayı başa çatıb.

1922 - Benito Mussolini İtaliyanın Baş Naziri seçilib.

1930 - Azərbaycan Yazıçılar Cəmiyyətinin "Hücum" jurnalı nəşrə başlayıb.

1949 - SSRİ Nazirlər Soveti "Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və istismara verilməsi işinin yaxşılaşdırılması tədbirləri haqqında" qərar qəbul edib.

1952 - Amerika Birləşmiş Ştatları Marşal adalarında ilk hidrogen bombasının sınağını keçirib.

1953 - Azərbaycanın Milli Qəhrəmanı Koroğlu Rəhimov anadan olub.

1954 - Əlcəzairdə müstəqillik uğrunda mübarizə başlanıb.

1956 - Böyük Britaniya və Fransa Misirin Süveyş kanalını milliləşdirməsinə cavab olaraq kanalın bombalanmasına başlayıblar.

1961 - Stalinin cənazəsi Lenin Mavzoleyindən çıxarılaraq kənarda dəfn edilib.

1963 - Bəstəkar Nadir Əzimov anadan olub.

1974 - Naxçıvan hava limanının təməli qoyulub.

1984 - İndira Qandi öldürülüb.

1989 - Turqut Özal Türkiyənin 8-ci prezidenti seçilib.

1992 - TÜRKSOY təsis edilib.

1992 - Vatikan Qalileo Qalileyyə bəraət verib/

1996 - Türkiyə-Azərbaycan Dostluq Vəqfi təsis olunub.

2006 - Gəncə Beynəlxalq Hava limanı əsaslı təmirdən sonra prezident İlham Əliyevin iştirakı ilə açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə