Emil Əfrasiyabın konserti olacaq

Məşhur musiqiçi Emil Əfrasiyabın konserti keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab Bakıda keçirilən caz festivalların daimi iştirakçısıdır. Növbəti caz festivalı çərçivəsində keçirilən bu konsert də istisna deyil.

Qeyd edək ki, konsert noyabrın 1-i saat 21:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Biletlərin qiyməti isə 10, 15, 20 manat arasında dəyişir.

Bütün xəbərlər Facebook səhifəmizdə