I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi çərçivəsində KİV-i ilə mətbuat konfransı keçiriləcək
31 oktyabr-5 noyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi çərçivəsində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, konfransda müsabiqənin Beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmakinin, münsiflər heyətinin üzvləri Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri Elbay Qasımzadənin, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtasın, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və Hayder Alinin, eləcə də MDB-yə üzv dövlətlərin Memarlar İttifaqlarının Beynəlxalq Assosiasiyasının prezidenti və Qazaxıstan Memarlar İttifaqının prezidenti Akmurza Rustambekovun iştirakı nəzərdə tutulub.
Mətbuat konfransında müsabiqənin məqsəd və vəzifələri, müsabiqə çərçivəsində həyata keçiriləcək tədbirlər və layihənin növbəti illərdə davamı ilə bağlı məlumat veriləcək və kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılacaq.
Konfrans 31 oktyabr 2013-cü il tarixdə, saat 16:30-da "Four Seasons Hotel Baku" mehmanxanasının "Çahargah" zalında olacaq. Media nümayəndələrinin qeydiyyatı saat 16:20-dək aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB