Bakı Dövlət Sirkində mövsümün açılması münasibətilə "Heyvanların şahı-2" adlı sirk tamaşaları göstəriləcək. SİA-nın verdiyi xəbərə görə, proqramda şirlər, bəbirlər, meymunlar, ayılar və digər yırtıcı heyvanların iştirakı ilə nömrələr göstəriləcək. Ukrayna və Rusiyadan klounlar və sirk artistləri çıxış edəcəklər.
Qeyd edək ki, "Heyvanların şahı-2" adlı sirk tamaşaları 25 oktyabrdan 17 noyabra qədər saat 12:00, 15:00, 19:00-da Bakı Dövlət Sirkində nümayiş olunacaq. Biletlərin qiyməti isə 6, 8, 10 AZN arasında dəyişir. Onu da deyək ki, seansların vaxtı dəyişə bilər.
Dəqiqləşdirmək üçün zəng edin: (+994 12) 597 28 48, 597 25 95
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB