İslam Səfərlinin 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

İslam Səfərlinin 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ədəbiyyatımızın tanınmış nümayəndəsi, şair və dramaturq, Əməkdar İncəsənət Xadimi İslam Səfərlinin 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, bir çox dövlət və hökumət nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, ədəbiyyatsevərlərin iştirak edəcəyi yubiley gecəsində bədii qiraət ustaları tərəfindən şairin şerləri səsləndiriləcək, həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatındakı xidmətlərindən söhbət açılacaq, tanınmış incəsənət ustaları tərəfindən şerlərinə bəstələnmiş mahnılar ifa olunacaq.

Qeyd edək ki, İslam Səfərlinin 90 illiyinə həsr olunmuş yubiley tədbiri oktyabrın 31-i saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə