Məlum olduğu kimi bu il oktyabr ayının 1-dən 3-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Həştərxan şəhərində qastrol səfərində olmuş və Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində 3 gün uğurla çıxış etmişdilər. Dövlət Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, iki ölkə teatr rəhbərləri arasında bağlanmış "Qarşılıqlı qastrol səfərləri haqqında"kı müqaviləyə əsasən növbəti dəfə Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycana gələrək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Səfər bu ilin noyabr ayının 21-dən – 24-dək planlaşdırılıb.
Nəzərinizə çatdıraq ki, qastrol ərəfəsində qonaqlar məktəblilər üçün noybar ayının 22-də saat 15:00-da, 23 və 24 noyabr tarixlərində isə saat 12:00, 14:00 və 16:00-da M.Suponinin "Koza Dereza" tamaşasını nümayiş etdirəcəklər.
Qeyd edək ki, tamaşanın rejissoru Rusiya Federasiyasının əməkdar artisti S.Taraskin, teatrın bədii rəhbəri RF-nin xalq artisti Y.Koçetkovdur.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB