Bu günün tarixi

Miladi: 28 oktyabr 2013
Hicri: 22 Zülhəccə 1434

İlin 301-ci günü
İlin sonuna 64 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 05:54
Günəş – 07:04
Zöhr – 12:24
Əsr – 15:45
Məğrib – 17:59
İşa – 19:16

1492 - Xristofor Kolumb - Kubanı kəşf edib.

1516 - Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub edib.

1704 - ingilis pedaqoq və filosof Con Lokk vəfat edib.

1886 - Nyu-York arxipelaqının Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirilib.

1914 - Kodak şirkəti rəngli fotoqrafiya üzərində işə başlayıb.

1911 - Xalq yazıçısı, akademik, dövlət mükafatları və Beynəlxalq Nehru mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mirzə İbrahimov anadan olub.

1918 - Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil olub.

1940 - Yunanıstanda Oxi günü, Yunanıstanın II Dünya Müharibəsinə daxil olub.

1941 - Litvada faşist Almaniyasının SS qüvvələri 9000-dən yuxarı yəhudini güllələdi.

1946 - Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov anadan olub.

1948 - İsveçrəli kimyaçı Paul Hermann Müller Nobel Kimya Mükafatına layiq görülüb.

1955 - Finlandiya Şimal İttifaqına daxil olub.

1955 - Microsoft şirkətinin təsisçisi Bil Qeyts anadan olub.

1956 - İran Prezidenti Mahmud Əhmədinecad anadan olub.

1958 – Türkiyənin kürd əslli müğənnisi Ahmet Kaya anadan olub.

1962 - Karib böhranı: Nikita Xruşşov SSRİ raketlərinin Kubada sökülməsini, demontajını elan edib.

1967 - Amerikalı kinoaktrisa Culiya Roberts anadan olub.

1984 - Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədi ilə açıq rəqabətə şərait yaradılacağını bəyan edib.

1987 - Rəssam, miniaturist Səkinə Zeynalova anadan olub.

1995 - Bakı metrosunda qəza. "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza Ginnesin Rekordlar Kitabına ən dəhşətli metro qəzası kimi düşüb. Ölkədə 3 gün matəm elan edilib.

1998 - İkinci müddətə Azərbaycan prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilib.

2008 - Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmin axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə