"Xeyir və Şər”

Nizami Gəncəvinin eyniadlı əsərinin motivləri əsasında "Xeyir və Şər" tamaşası nümayiş olunacaq. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, tamaşada susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin törətdiyi bədxah əməllərdən danışılır.

Qeyd edək ki, uşaqlar üçün nəzərdə tutulan "Xeyir və Şər" tamaşası noyabrın 2-si saat 12:00-da Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq. Biletin qiyməti isə 4 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə