Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı çərçivəsində elan etdiyi "Odlar yurdu" foto müsabiqəsi davam edir. SİA-nın verdiyi xəbərə görə, müsabiqəyə Azərbaycanın təbiət mənzərələrini, adət-ənənələrini, tarixi abidələrini əks etdirən fotolar qəbul olunur.
Müsabiqəyə fotolar 30 oktyabr 2013-cü il tarixinədək qəbul olunur. Hər iştirakçı maksimum 5 foto təqdim edə bilər.
Beynəlxalq münsiflər heyətinin müəyyən edəcəyi qaliblər festivalın təntənəli bağlanış mərasimində mükafatlandırılacaq.
Ən yaxşı işlər 20-24 noyabr tarixində Nizami Kino Mərkəzində sərgilənəcək.
Daha ətraflı məlumatı Bakı Beynəlxalq Turizm Filmləri Festivalının rəsmi veb saytından əldə etmək olar: http://www.bitff.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB