Əbülfəs Qarayev dünya şöhrətli fransız aktyoru Jerar Depardyeni qəbul edib FOTO
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dünya şöhrətli fransız aktyoru Jerar Depardye ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, Ə.Qarayev qonağı salamlayaraq, onu növbəti dəfə Bakıda görməkdən məmnun olduğunu bildirib, mədəniyyətimizin son illərdəki inkişafından, bu sahədə görülən işlərdən söhbət açıb.
Nəzərinizə çatdıraq ki, səmimi şəraitdə keçən görüşdə son dövrlərdə daha da inkişaf edən Azərbaycan-Fransa mədəni əlaqələri, məşhur aktyorla kino sahəsindəki əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə edilib.
J.Depardye əvvəlki səfərlərində olduğu kimi bu dəfə də Bakının gündən-günə gözəlləşdiyinin şahidi olduğunu söyləmiş, ölkəmizin zəngin mədəniyyətinə heyranlığını ifadə edib.
Qeyd edək ki, sonda qonaq səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB