Diyarbakır qalası UNESCO-nun Dünya İrs Siyahısına daxil edilə bilər

Diyarbakır qalası UNESCO-nun Dünya İrs Siyahısına daxil edilə bilər

Türkiyənin Diyarbakır şəhərində məşhur divar-qala UNESCO-nun Dünya İrs Siyahısına daxil edilə bilər. Müvafiq sənədlər qurumun mənzil-iqamətgahına göndərilib.

Bu barədə Diyarbakır meriyasının mətbuat katibi İrxan Uçar məlumat verib.

Diyarbakırda divar-qala dünyada bizim günlərə gəlib çatmış ən böyük belə tikililərdən biridir.

Ehtimala görə, qalanın inşasına 349-cu ildə başlanıb. Salamat qalan qala divarlarının uzunluğu təqribən 6 kilometr, eni 3-5 metr, hündürlüyü 10-13 metrdir. Divarda 82 qüllə var.

İ.Uçar demişdir: "Diyarbakır divarı dünyadakı analoqları arasında nadir müdafiə tikilisidir, həm də onların hamısından yaxşı saxlanılıb. UNESCO-ya təqdim etmək üçün sənədlər hələ 2000-ci ildə hazırlanmağa başlanıb. O vaxt meriya qalanı onun ərazisində olan əlavə tikililərdən, firma və anbarlardan təmizləmişdi.

Aprel ayında UNESCO-nun ekspertləri divarı tədqiq etmişlər. İndi biz layihə sənədini Parisə göndərmişik".

Hazırda Türkiyənin Dünya İrs Siyahısında 11 obyekti var. Bunlar İstanbulun tarixi hissəsi, "Göreme" milli parkı, Kappadokiya qayalıqları, Divriqi şəhərində məscid və hospital, Xattus xarabalıqları, Safranbolu şəhəri və s. kimi obyektlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə