"Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsinin təşkili barədə təlimatların təqdimatı”

"Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsinin təşkili barədə təlimatların təqdimatı”

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi, Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına "Azərbaycanın həyatında, tarixi hadisə:- Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsinin təşkili barədə təlimatların təqdimatı" adlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Faiq İsmayılov, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) sədri Anar Xəlilov, Xocalı Soyqırımı Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Faiq İsmayılov Tarix və Mədəniyyət abidələrinin qorunması, mühafizəsi, öyrənilməsi və təbliği bütün dünya ölkələrində böyük aktuallıq kəsb etdiyini dilə gətirib: "Tarix və mədəniyyət abidələri mənsub olduğu ölkənin nəinki tarixinin və mədəniyyətinin təbliği, eyni zamanda ölkənin turizm potensialının inkişafına da ciddi təsir göstərir. Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsinin təşkili barədə təlimatlar toplusunun hazırlanaraq çap olunması, MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda həyat keçirilib. Belə bir kitabın çapı son 100 ildə Azərbaycan tarixində ilk dəfə baş verən hadisədir".

Nəzərinizə çatdıraq ki, Azərbaycanın Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyi bu kitabı Azərbaycan Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına çap edib. Yeddi fəsildən ibarət olan kitab abidələrinin mühafizəsi, istismarı və bərpası barədə oxuculara müfəssəl məlumat verir. Oxucu bu kitabdan abidələrin qeydə alınması, passportlaşdırılması qaydalarını öyrənir, protokol, məlumatlar əldə edirlər.

Qeyd edək ki, kitabdan M.A.Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakultəsinin və Turizm Universitetinin "Abidələri mühafizə" fakultəsinin tələbələri, Mədəniyyət və Turizm Nazirliyinin rayon, şəhər şöbələrində çalışan abidə mühafizəçiləri əyani dərs vəsaiti kimi istifadə edə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə