“Dulusçu”

Görkəmli bəstəkar Üzeyir Hacıbəyovun "Biz nə töyür iş görürük" felyetonu əsasında hazırlanmış "Dulusçu" tamaşası nümayiş olunacaq. Dövlət Pantomim Teatrından SİA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Qurban Məsimov, musiqi tərtibatçısı Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Bəhruz Əhmədli, Nargilə Qəribova, Əli Əlizadə və başqaları ifa edəcəklər.

Nəzərinizə çatdıraq ki, "Dulusçu" 2002-ci ildə dövlət sifarişi ilə səhnələşdirilib və artıq 8 ildir Pantomima Teatrının repertuarında əsas yerlərdən birini tutur.

Qeyd edək ki, "Dulusçu" tamaşası noyabrın 2-si saat 18:00-da Dövlət Pantomim Teatrında baş tutacaq. Biletin qiyməti isə 5 manatdır.

Bütün xəbərlər Facebook səhifəmizdə