"Arşın mal alan" operettasının 100 illik yubileyi keçiriləcək

"Arşın mal alan" operettasının 100 illik yubileyi keçiriləcək

Dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan" operettasının 100 yaşı tamam olur. SİA-nın verdiyi xəbərə görə, bəstəkarin Ev Muzeyində oktyabrın 23-də konfrans, 25-də isə "Əsrləri fəth edən Arşın malçı" adlı tədbir keçiriləcək. Ev Muzeyində həmçinin əsərin 100 illik səhnə həyatını işıqlandıran sərgi olacaq.

Nəzərinizə çatdıraq ki, tədbirin bədii hissəsində Azərbaycan Dövlət Musiqili Teatrının aktyorlarının ifasında "Arşın mal alan" operettasından parçalar nümayiş etdiriləcək, musiqilər səslənəcək.

Qeyd edək ki, tədbirlərdə bir sıra qurumların rəhbərlərinin, elm və mədəniyyət xadimlərinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə