“Sənə inanıram” ilk bölümdən böyük reytinq qazandı

“Sənə inanıram” ilk bölümdən böyük reytinq qazandı

İlk bölümdən böyük reytinq qazanan "Sənə inanıram" serialı bu gün də tamaşaçıların qarşısına çıxacaq. SİA-nın verdiyi xəbərə görə, baş rollarda Ruslan Sabirli, Tamilla Həmidova, Şəfəq Əliyeva, Rasim Cəfərov, Rəşad Səfərov, digər rollarda Şəlalə Şahvələdqızı, Nəsibə Eldarova, Minarə Allahverdiyeva, Lalə Məmmədova, Çimnaz Soltan, Dəniz Tacəddin, Kamil Zeynalov, Cövdət Şükürov, Nuriyyəxanım Əhməd, Gülnarə Abdullayeva, Siyavuş Mahmudov, Mirzə Ağabəyli, İkram Əliyev, Elnur Abbasov, Ülfət Bəşir və başqaları iştirak edirlər.

Nəzərinizə çatdıraq ki, ssenariyə əsasən toy günü evlənməkdən imtina edən Həmidin başına gəlinin yaxınlarının nə gətirəcəyi hamıda maraq doğurur. Əgər sizlər üçün də maraqlıdırsa, izləməyi unutmayın.

Qeyd edək ki, Varisin eyniadlı əsəri əsasında çəkilən "Sənə inanıram" serialı 21 oktyabr saat 22:15-də Xəzər televiziyasında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə